Sionist İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 136 nəfər artaraq 53 min 475 nəfərə çatıb. Dünya hələ də İsraili dayandırmaq üçün heç bir addım atmayıb.
İran Xarici İşlər Nazirliyinin hüquq və beynəlxalq işlər üzrə nazir müavini sanksiyaların İran xalqını tibbi avadanlıqlardan məhrum etdiyinə işarə edərək, deyib: Bu sanksiyalar İrana qarşı “maksimum təzyiq” deyilən siyasətə uyğun olaraq tətbiq edilir.
Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani bu gün Dohada keçirdiyi mətbuat konfransında deyib: “ABŞ prezidenti Donald Tramp İranla gərginliyi artırmamağa çalışır”.
Hindistan rəsmiləri Pakistanla münasibətlərin normallaşmasının yaxın gələcəkdə mümkün olmadığını bildirirlər.
İsrailin müxalif Demokratik Partiyasının lideri və Baş Qərargah rəisinin keçmiş müavini Yair Qolan İsrail hökumətinin ölkə üçün təhlükə yaratdığını bildirərək, "Normal dövlət mülki şəxslərə qarşı müharibə aparmaz, uşaqları hobbi olaraq öldürməz və bir əhalini köçürməyi qarşısına məqsəd qoymur" dedi.