Britaniyanın “The Guardian” nəşri ABŞ-nin İrana qarşı gizli və təcavüzkar hava hücumunu araşdırdığı hesabatında yazıb ki, bu hücum tamamilə əsassız və yalan bir iddiayadır.
Az.rasthaber.com xəbər verir ki, hesabatda deyilir: İran saxta və əsassız bir iddiaya əsasən hədəfə alınıb. Nə ABŞ Müdafiə Kəşfiyyat Agentliyi (AMK), nə də BMT İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramının hərbiləşdirilməsi barədə iddiasını dəstəkləyib.
Qardian bildirir ki, Avropa ölkələri də ABŞ-nin İranın nüvə obyektlərini bombalamasını pisləməkdən imtina ediblər. Bu isə qlobal miqyasda qərbə olan etimadsızlığı daha da artıracaq.
Hesabatda həmçinin qeyd olunur: İran ABŞ sanksiyalarının ləğvini istəyir və bu məsələni müzakirə etməyə hazır ola bilər, lakin gələcəkdə nüvə fəaliyyətindən imtina etməyə razılaşmayacaq.
Qardian sonda əlavə edir: Trampın Ukrayna və Qəzzə ilə bağlı siyasəti göstərdi ki, onun düşünülməmiş və tələsik müdaxilələri dünyanı daha təhlükəli vəziyyətə salır.