İranla müharibədə məğlub olan Təl-Əviv indi də Çinə yönəlib

İranla müharibədə məğlub olan Təl-Əviv indi də Çinə yönəlib

İrana hücumlar zamanı ağır itkilər verən sionist rejim indi Çinin siyasi və iqtisadi təsirindən istifadə edərək İrana təzyiq göstərməyə cəhd edib.

Az.rasthaber.com xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, İsrail rejimi Çinin İrana təsirindən istifadə edərək Tehrana qarşı yeni yol axtarır.

Xəbərdə sionist rejimin Şanxaydakı konsulluğunun “Çin İran üzərində təsir gücünə malik yeganə ölkədir” bəyanatı ilə çıxış edib. Konsulluq Çinin İrandan neft almasını dayandıracağı təqdirdə Tehranın ciddi iqtisadi çətinliklərlə üzləşəcəyini də iddia edib.

Bu bəyanatlar İsrailin İrana qarşı 12 günlük hücumu zamanı böyük itkilər verdiyi bir vaxta təsadüf edib. İsrailin Weizmann Araşdırma İnstitutunun rəhbərinin açıqlamasına görə, təkcə İranın raket hücumları nəticəsində bu tədqiqat mərkəzinə dəyən zərərin dəyəri təxminən 2 milyard şekel olaraq açıqlanıb.

Xəbəri paylaş

VİDEOLAR