Əfqanıstanın “Milli Müqavimət Cəbhəsi”nin qüvvələri Taxar əyalətində üç kəndi nəzarətə götürüblər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Taxar əyalətində yerli mənbələr məlumat veriblər.
Bildirilib ki, Taxar əyalətinin Miyan-şəhr, Pəşək-Bala və Vərsəc kəndləri “Milli Müqavimət Cəbhəsi”nin nəzarətinə keçib.
Taliban hərəkatı hələ bu xəbərlərə münasibət bildirməyib.
Adıçəkilən qüvvələr təkcə Pəncşir əyaləti deyil, ölkənin bir sıra şimal və mərkəzi əyalətlərində də mövcudluğunu elan ediblər. Yaz fəslinin gəlməsi və istilərin düşməsi ilə bu qüvvələr ucqar dağ bölgələrindən enərək, Taliban qüvvələrinə qarşı partizan hücumlarına başlayıblar.