"İşğalçılara qarşı mübarizə Fələstin xalqının qanuni haqqıdır"

"İşğalçılıq və işğalçılar tənəzzülə uğrayır, Qüds və Fələstin torpaqlarını işğal edənlərə qarşı mübarizə Fələstin xalqının təbii və qanuni haqqıdır".

Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə deyib.

Xətibzadə Qüds şəhərində sionist rejimin fələstinlilərə qarşı törətdiyi zorakılıqlara sərt reaksiya verib.

İsrail aparteid rejiminin işğal olunmuş Fələstin torpaqlarında artan təcavüzü və vəhşi hərəkətlərinə toxunan Xətibzadə beynəlxalq ictimaiyyəti Fələstin xalqının mübarizəsinə dəstək verməyə çağırıb.

Fələstinin müdafiəsi və Məscidül-Əqsanın xilası üçün İslam dünyasının birliyinə ehtiyac olduğunu vurğulayan Xətibzadə, İsrailin aparteid rejimi ilə normallaşma prosesinin sionist rejimin işğal olunmuş Fələstin torpaqlarında zorakılıqlarının artmasına səbəb olduğuna işarə edib.

Xəbəri paylaş

VİDEOLAR