Səudiyyə husilərin onlarla döyüşçüsünü sərbəst buraxıb

Səudiyyə husilərin onlarla döyüşçüsünü sərbəst buraxıb

Səudiyyə Ərəbistanı hərbi koalisiyası Yəmən husilərinin onlarla döyüşçüsünü təyyarə ilə ölkələrinə göndərib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın hərbi koalisiyası tvitter hesabında məlumat yayıb.

Bildirilib ki, husilərin əsirlərini daşıyan ilk təyyarə Səudiyyə Ərəbistanından Yəmənə yola düşüb.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı atəşkəs razılaşması çərçivəsində may ayı ərzində husilərin döyüşçülərindən 163 nəfəri sərbəst buraxacağını bildirib.

Eyni zamanda husilər də ötən həftənin əvvəlində aralarında 12 xarici məhbus olmaqla 42 nəfəri sərbəst buraxıblar.

Tərəflər ramazanın əvvəlindən iki aylıq atəşkəs rejiminə daxil olublar.

Lakin husilər atəşkəs razılaşmasının şərtlərindən olan paytaxtın hava limanından uçuşların həyata keçirilməsinə hələ də icazə verilmədiyini bildirir və atəşkəsin pozulacağı ilə bağlı xəbərdarlıq ediblər.

Xəbəri paylaş

VİDEOLAR