İraqın üç əyalətində İŞİD-in hücumunun qarşısı alınıb

İraqın üç əyalətində İŞİD-in hücumunun qarşısı alınıb

İraqın Diyala, Kərkük və Ərbil əyalətlərində İŞİD terror təşkilatının hücumunun qarşısı alınıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İraqın Haşdi-Şabi qüvvələri (Xalq Səfərbər Qüvvələri) Diyala əyalətinin Ziyabiyyə bölgəsində İŞİD terror təşkilatının hücumunun qarşısını alıb.

Həmçinin ölkənin şimalında Kürdüstan Muxtariyyətinin ərazisindəki Ərbil əyaləti, habelə Kərkük əyalətində Peşmərgə qüvvələri İŞİD-in hücumunun qarşısını alıblar.

Bu hücumlarda İraq Ordusu və Haşdi-Şabinin iki itkisi olub.

Qeyd edək ki, İŞİD terror təşkilatı 2017-ci ilin sonunda İraqda nəzarətində olan bütün əraziləri itirəndən sonra ucqar bölgələrdə gizli sığəınacaqlara çəkilərək, buradan ara-sıra hücumlar həyata keçirməyə başlayıb.

Xəbəri paylaş

VİDEOLAR