İsrail parlamentinin (Knesset) ekstremist üzvü İtmar Ben Qafir bu gün bir çox sionistlə birlikdə Məscidül-Əqsaya hücum edərək məscidin həyətinə daxil olub.
Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, İtmar bugünki açıqlamasında deyib:
"Artıq Əl-Əqsa məscidində yəhudi sinaqoqu tikilməsinin zamanı çatıb!"
Fələstin xalqının evlərini zorla əllərindən alıb, onların doğma yurdlarında yerləşən sionist qəsəbə sakinləri bu həftə əslində Fələstinin işğalının ildönümü olan "İsrailin Müstəqillik günü”ndə sionistləri sabah Əl-Əqsa məscidinə yürüş keçirməyə çağırıblar. Bu çağırışdan sonra bir sıra sionist zorla Məscidül-Əqsanın həyətinə daxil olub və çaxnaşmalara səbəb olublar.