Pezeşkiyan İran İslam Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında ötən illərdəki geniş və prinsipial əməkdaşlıq tarixinə toxunaraq dedi: Bu əməkdaşlığın davam etdirilməsi İranın nüvə faylı ilə bağlı ikili davranışın düzəldilməsi ilə bağlıdır. Hər hansı bir təcavüzün təkrarlanması da daha qəti və təəssüf doğuran cavabla qarşılanacaq.
Yəmənin Ənsarullah hərəkatının siyasi şurasının üzvü Məhəmməd Əl-Buxəyti çıxışında deyib: “Gəmilərin hədəfə alınması gəmiçilik şirkətlərinə güclü mesajdır ki, biz İsraili mühasirəyə almaqda ciddiyik”.
Soyqırım törədən İsrail ordusunun səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda aralarında uşaqlar və humanitar yardım istəyənlərin də olduğu ən azı 48 fələstinli şəhid olub, onlarla insan yaralanıb.