Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, işğalçı İsrail qüvvələri səhər erkən saatlarda Keferkilanın daxili bölgəsinə sızaraq Hura rayonunda bir evə yerləşdirdikləri partlayıcını işə salıblar.
Az.rasthaber.com xəbər verir ki, ölənlər barədə hələ ki, məlumat verilməyib.
İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusu demək olar ki, hər gün Livanın cənubuna havadan və qurudan hücumlar həyata keçirməyə davam edir.
Atəşkəsin qüvvəyə mindiyi vaxtdan bəri işğalçı İsrail 3000-ə yaxın pozuntuya yol verib, nəticədə ən azı 213 nəfər ölüb, 508 nəfər yaralanıb.