“Tramp 2020-ci ilin seçkilərindən əvvəl İranın tanınmış zabitini qətlə yetirmək istəyirdi”.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper yeni xatirələrində 2020-ci il seçkilərindən əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın İrandan kənarda fəaliyyət göstərən yüksək rütbəli bir neçə iranlı hərbçini öldürmək üçün əməliyyat keçirmək istəyində olduğunu açıqlayıb.
"Bu, çox fəlakətli nəticələri ola biləcək həqiqətən pis bir fikir idi", deyə Esper bildirib.
O, əlavə edib ki, Tramp dövründə keçmiş milli təhlükəsizlik müşaviri Robert Obrayen hərbi əməliyyatlar keçirilməsini və uranın zənginləşdirilməsi ilə bağlı İrana qarşı hərbi əməliyyatlar təklif edirdi.
Esper bildirib ki, Robert Obrayen prezidentin nəsə etmək həvəsində olduğunu" deyərkən Ağ Evin aparat rəhbəri Mark Meadozun və digərləri buna qarşı çıxıblar.
"Mən və Melli bu şəxslə (red. Qasim Süleymani) və onun regionda qaldırdığı problemlə bir müddətdir tanış olmuşuq. Bəs niyə həmin vaxt o qətlə yetirilməli oldu? Nə yenilik oldu? Qaçılmaz təhlükə var idimi?... Bu, bizi İranla müharibəyə sürükləyə bilərdi”, deyə Esper sözlərinə əlavə edib.
ABŞ-ın keçmiş müdafiə nazirinin sözlərinə görə, Trampın prezidentliyi dövründə proseslərin İranla müharibəyə səbəb ola biləcəyi qorxusu hər zaman olub və bu qorxular 2020-ci il seçkilərinin yaxınlaşması ilə, xüsusən də rəy sorğularında Co Baydendən geri qaldığı vaxt daha da güclənib.