Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) nümayəndələri Moskvada İsrail tərəfinin Fələstin torpaqlarında törətdiyi təzyiq və zorakılıqlar mövzusunu müzakirə ediblər.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, İsrail tərəfindən blokadada saxlanılan Qəzza sektorundakı vəziyyət barədə də danışılıb.
Bu barədə HƏMAS-ın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk Fələstin nümayəndə heyətinin Moskvaya 2 günlük səfərini şərh edərkən bildirib.
Bundan başqa, onun sözlərinə görə, Rusiya paytaxtındakı danışıqlarda regional və beynəlxalq məsələlər də müzakirə edilib
Tərəflər ABŞ-ın beynəlxalq məsələlərə birtərəfli yanaşmasının qeyri-məqbul olması fikrinə gəliblər.
Məzruk HƏMAS-ın Moskva səfərini “əməkdaşlığın möhkəmlədilməsi və koordinasiya” nöqteyi-nəzərindən məhsuldar adlandırıb.