Taliban ölkədəki sel daşqınlarına görə xarici dövlətlərdən yardım istəyib

Taliban ölkədəki sel daşqınlarına görə xarici dövlətlərdən yardım istəyib

Taliban hökuməti son günlərdə Əfqanıstanda sel daşqınları nəticəsində 14 əyalətə dəyən xəsarətlərə, habelə canlı itkilərə görə beynəlxalq ictimaiyyətdən və xarici dövlətlərdən yardım istəyib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Taliban hökumətinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdülqahhar Bəlxi tvitter səhifəsində yazıb.

“Biz bu sel daşqınları nəticəsində ölənlərin ailələrinə başsağlığından əlavə bütün xeyriyyə müəssisələrindən, beynəlxalq təşkilatlardan və ölkələrdən istəyirik ki, daşqınlardan əziyyət çəkən insanlara yardımların çatdırılması, sığınacaqların təmin edilməsi, səhiyyə ləvazimatı, qida və sair lazımi humanitar yardımların verilməsini təmin etsinlər”, deyə o əlavə edib.

Qeyd edək ki, son günlərdə Əfqanıstanın 14 əyalətində baş verən sel daşqınları azı 22 nəfərin ölümünə səbəb olub. Həmçinin əlavə edilib ki, bu sel daşqınlarında 500 ev tam şəkildə, 2500 ev isə qismən dağılıb. Üç yüz heyvanın tələf olduğu və üç min torpaq sahəsinin məhsullarının sıradan çıxdığı deyilir.

Xəbəri paylaş

VİDEOLAR