Suriyada radikal qruplaşmalara qoşulan yüzlərlə şəxs sərbəst buraxılıb

Suriyada radikal qruplaşmalara qoşulan yüzlərlə şəxs sərbəst buraxılıb

Suriya prezidentinin əfv fərmanından sonra radikal qruplaşmalara qoşulmaqda ittihamlandırılaraq, həbs edilmiş yüzlərlə şəxs əfv edilib və sərbəst buraxılıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ölkənin cənubunda Dəra əyalətində əfv fərmanının şamil olduğu 47 nəfər sərbəst buraxılıb.

Həmçinin Dəməşqətrafı əyalətdə 99 nəfər sərbəst buraxılıb.

Bundan öncə Suriyanın Ədliyyə Nazirliyi ölkənin müxtəlif əyalətlərindən olan və terror cinayətlərində təqsirli bilinən məhbusların prezidentin 7 saylı aministiya fərmanı əsasında azadlığa buraxılacaqlarını açıqlamışdı.

Bu əfv fərmanı sabiq radikal qruplaşmalara qoşulmuş və onlarla əlaqəsi olan yüzlərlə ölkə vətəndaşına şamildir. Bu əfv fərmanı insanların birbaşa ölümündə ittihamlandırılanlara aid deyil.

Xəbəri paylaş

VİDEOLAR