HƏMAS: Qəzza sionistlərin qətliam meydanına çevrilib

HƏMAS: Qəzza sionistlərin qətliam meydanına çevrilib

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) işğalçı qüvvələrin əsirlərini xilas edə və müqaviməti məğlub edə bilmədiklərini vurğulayaraq, “Qəzza İsrail əsgərləri üçün ölüm meydanına çevrilib” deyib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) bəyan edib ki, 640 günlük dağıdıcı müharibədən sonra işğalçı sionistlərin müqaviməti məğlub etmək, tunelləri tamamilə dağıtmaq və pusquları aradan qaldırmaq iddiaları puç olub.

HƏMAS öz bəyanatında bildirib: “Sionistlərin məhbusları zorla xilas etmək arzusu müqavimətin dəfələrlə endirdiyi zərbələrlə puç olub”.

Döyüş meydanı müqavimət döyüşçülərinin qələbələri ilə doludur. Müqavimət döyüşçüləri içəridəki əsgərlərlə birlikdə Gideon zirehli texnikasını yandırıb, aclıq və mühasirəyə baxmayaraq qətiyyətlə döyüşməyə davam ediblər.

Sionist qüvvələr müqavimət qarşısında aciz qaldılar və Qəzzə işğalçı qüvvələrin ölüm meydanına çevrildi.

Həmas Fələstin müqaviməti sayəsində deportasiya və etnik təmizləmə planının uğursuzluğa düçar olduğunu da bəyan edib.

Fələstin müqavimət qüvvələri dünən qatil İsrail ordusuna ağır zərbə endirib.

HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları Qəzzanın şimalındakı Beyt Hanunda uğurlu əməliyyat nəticəsində pusquya saldıqları İsrail əsgərlərini ovlayıb.

Qəssam Briqadaları tərəfindən həyata keçirilən kütləvi pusquda azı 5 İsrail əsgərinin öldürüldüyü, 10-dan çoxunun isə yaralandığı bildirilir.

Xəbəri paylaş

VİDEOLAR