"Düşmənin liderlərimizi öldürməklə bizi təhdid etməsi, torpağımızı, Qüdsümüzü və hüquqlarımızı müdafiə etməkdən çəkindirə bilməz"
Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, bunu İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmail Haniyə deyib.
Haniyə açıqlamasında, işğalçı qüvvələrin müqəddəs yerlərə və Məscidül-Əqsaya hücumlarına qarşı Fələstin xalqının səssiz və əli-qolu bağlı qalmayacağını vurğulayıb.
O, Məscidül-Əqsanın müsəlamanlar üçün qırmızı xətt olduğunu vurğulayaraq, bu məsələnin heç bir danışıqları qəbul etməyəcəyini bildirib.
Qeyd edək ki, Haniyə bu mövzuda açıqlamasını dünən Təl-Əviv yaxınlığındakı Əl-Ad rayonunda 3 işğalçının öldürüldüyü, bəzilərinin isə yaralandığı şəhadət əməliyyatından sonra verib.
Şəhadət əməliyyatından sonra hadisə yerində geniş axtarışa başlayan və eyni zamanda Məscidül-Əqsaya da basqın edən işğalçı qüvvələr Fələstin müqaviməti liderlərinin öldürülməsinə çağırıb.
İşğalçıların bütün bu təhdidlərinin Fələstin xalqını qorxuda bilməyəcəyini bildirən Haniyə, Fələstin xalqının məqsədlərinə çatana qədər müqavimətini davam etdirəcəyini vurğulayıb.