"İslam məntiqində kütləvi qırğın silahlarına yer yoxdur"

"İnqilab Rəhbərinin qeyd etdiyi kimi, kütləvi qırğın silahlarının İslam məntiqində yeri yoxdur. Bu söz bir taktika deyil, İslamın göstərişidir"

Az.rasthaber.com "İRNA"ya istinadən xəbər verir ki, bunu İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı general Hüseyn Səlami bildirib.

General Selami Məşhəddə keçirilən Milli İnqilab Keşikçiləri Quran Yarışlarının bağlanış mərasimində etdiyi çıxışda bildirib:

"Kütləvi qırğın silahı vasitəsilə düşmənlə mübarizə aparılması məntiqi İslamın rədd etdiyi bir məsələdir".

İnqilab rəhbərinin nüvə silahı olan böyük dövlətlərə qarşı belə bir mövqe tutduğunu və Quran ayələrinə əməl etmək üçün kütləvi qırğın silahını qadağan etdiyini qeyd edən general Səlami deyib:

"Bunlar İnqilab Rəhbəri Ayətullah Xameneinin Quranın hüzurunda tərbiyə olunmasının göstəriciləridir".

Xəbəri paylaş

VİDEOLAR