Ənsarullah Hərəkatının sözçüsü, Yəmən sülh prosesində Səna nümayəndə heyətinin rəhbəri Məhəmməd Əbdüs Salam BMT-dən Səudiyyə Ərəbistanının Yəmənə qarşı təbliğatına dəstəyi dayandırmasını istəyib.
Az.rasthaber.com "Tasnim"ə istinadən xəbər verir ki, Əbdüssəlam sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib:
"BMT və onun nümayəndələri Səudiyyənin təbliğatını aparmamalı, səudiyyəlilərin çirkin və qara təbliğatına bəraət qazandırmamalıdır. Xüsusilə indi açıq-aşkar və istehza obyekti olan məsələlərdə bunu etməməlidir.
BMT və onun nümayəndəsi özünü yaxşı göstərməyə çalışan Səudiyyə rejimi ilə ayaqlaşmamalıdır".
Ənsarullah Hərəkatının sözçüsü bildirib ki, BMT öz rolunu qərəzsiz və məsuliyyətli şəkildə yerinə yetirməlidir, lakin onların passiv və neytral mövqe tutmaları, həmçinin təcavüzkarla ayaqlaşmaları keçmiş hadisələrin təkrarlanmasına səbəb olacaq.