İraqda qum fırtınası minlərlə insanı xəstəxanalıq edib

İraqda qum fırtınası minlərlə insanı xəstəxanalıq edib

İraqın cənub və mərkəzində yerləşən əyalətlər qum fırtınasının şahididir. Minlərlə insan xəstəxanalara müraciət edib.

Az.rasthaber.com SalamNews-a istinadən bildirir ki, təkcə Bağdadın Yərmuk xəstəxanasına 600-dən çox insan tənəffüs problemləri ilə bağlı müraciət edib ki, onların bir qismi də xəstəxanalara yerləşdiriliblər.

İraqın qərbində yerləşən əl-Ənbar əyalətində və Nəcəfdə 800-dən çox insan tənəffüs problemləri və boğulmalarla bağlı xəstəxanalara müraciət edib və ya qeydə alınıblar.

Səlahəddin və Divaniyyə əyalətlərində sözügedən problemlə bağlı səhiyyə mərkəzlərində 422 nəfər qeydə alınıb.

Hazırda İraqın paytaxtı Bağdad da daxil olmaqla adıçəkilən əyalətlərdə qum fırtınasına görə hava reysləri təxirə salınıb.

Xəbəri paylaş

VİDEOLAR