"Məscidül-Əqsada baş verənlər sübut etdi ki, sionist düşmənlə müharibə konkret bir hadisədən asılı deyil və bu müharibə bütün Fələstin torpaqlarında davam edir. Fələstin xalqı işğalçıların təcavüzünə qarşı çıxmaq və öz hüquqlarını müdafiə etmək üçün hər bir vəziyyətdən və müxtəlif vasitə və strategiyalardan istifadə edir".
Az.rasthaber.com xəbər verir ki, bunu HƏMAS İslami Müqavimət Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə deyib.
İsmail Haniyə mətbuata açıqlamasını belə davam etdirib:
"Müqavimətin himayəsi ilə Məscidül-Əqsada fələstinlilərin müdafiəsi Fələstin xalqının Allahın köməyi ilə köklü dəyişikliklər yolunda yenilməzliyini və şücaətini nümayiş etdirir. Bu, nəticədə işğalçıların Fələstin torpaqlarından və müqəddəs yerlərdən didərgin düşməsinə və parçalanmasına gətirib çıxaracaq".
Həmas lideri Məscidül-Əqsanı müdafiə edənləri və işğalçılara qarşı vuruşanları təqdir edərək deyib:
"İşğalçı sionistlər ancaq qorxu içində Məscidül-Əqsaya daxil ola bilir. Məscidi mühafizə edənlər onları oradan qaçmağa məcbur edirlər. Düşmənlə birdən çox cəbhədə qarşılaşmağa davam edirik və edəcəyik. Biz heç vaxt təslim olmayacağıq, hər gün daha çox qələbələr, daha çox uğurlar qazanacağıq".