Yəmən İsrailə xəbərdarlıq edib

Yəmən İsrailə xəbərdarlıq edib

Yəmənin Ənsarullah Hərəkatının rəsmisi Nəsrəddin Əmir Qırmızı dənizdə İsrailə bağlı gəmilərə edilən hücumların Qəzzanın blokadasını aradan qaldırmaq üçün edildiyini vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, Yəmənin Ənsarullah Hərəkatının rəsmisi Nəsirəddin Əmir Qırmızı dənizdə sionist rejimə bağlı gəmilərə hücumların Fələstin müqavimətinə dəstək və Qəzzanın blokadasını aradan qaldırmaq üçün edildiyini vurğulayıb.

Əmir bu əməliyyatların İsraili Qəzzaya hücumlarını dayandırmağa məcbur etmək məqsədi daşıdığını ifadə edərək deyib:

“Yəmən Silahlı Qüvvələrinin əməliyyatları Qəzzaya qarşı blokada aradan qalxana və hücumlar dayandırılmayana qədər dayanmayacaq”.

Bu arada Financial Times xəbər verib ki, Qırmızı dənizdən keçən gəmilərə hücumların artması səbəbindən dəniz nəqliyyatı üçün sığorta xərcləri əhəmiyyətli dərəcədə artıb. Hesabatda qeyd olunub ki, bu artım Yəmən silahlı qüvvələrinin İsrailə bağlı gəmilərə hücumları nəticəsində baş verib.

Mehr xəbər agentliyinin məlumatına görə, İsrailin “Haaretz” qəzeti təhlükəsizlik mənbələrinə istinadən yazıb ki, Təl-Əviv rejimi Yəməndən gələn hücumları dayandırmaq üçün müxtəlif variantları nəzərdən keçirir.

Xəbəri paylaş

VİDEOLAR