6.05.2022 17:29:55
Yəmənin Ənsarullah Hərəkatı Təl-Əviv şəhərindəki şəhadət əməliyyatı ilə bağlı bəyanat yayıb.
Az.rasthaber.com xəbər verir ki, Ənsarullah rəsmisi Fələstin müqaviməti və xalqına ünvanlanan bəyanatda, düşmənin təxribatçı hərəkətlərinə və müqəddəs yerlərə basqınlarına cavab olaraq son şəhadət əməliyyatını qeyd etdiklərini bildirib.
Bəyanatda bildirilib:
"Fələstin müqavimətini və onun xalqını düşmən sionist rejimi sarsıdan əməliyyatlara görə təbrik edirik. Bütün İslam ümmətinin övladlarından Fələstin xalqına, Qüdsə və Məscidül-Əqsanın İsrail zülmünə qarşı qələbəsinə dəstək olmalarını xahiş edirik.
Düşmən rejimi bilməlidir ki, nə qədər ki, Fələstin torpaqları işğal altındadır, sionistlərlə sülh əldə edilməyəcək və münasibətlərin normallaşması məğlubiyyət və ümidsizlikdən başqa bir şeylə nəticələnməyəcək".