Fələstindən sionistlərin Məscidül-Əqsaya hücumu ilə bağlı BƏYANAT

Fələstindən sionistlərin Məscidül-Əqsaya hücumu ilə bağlı BƏYANAT

Fələstinin Xarici İşlər Nazirliyi İsrail qüvvələrinin yəhudilərə əl-Əqsa məscidi kompleksinə girmələrinə icazə verməsi və şərait yaratmasına münasibət bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi verdiyi bəyanatda İsrailin atdığı addımları “müharibənin elanı” kimi qiymətləndirib.

Bu gün, cümə axşamı, Fələstin Xarici İşlər Nazirliyi, İsrail hökumətinin işğal edilmiş ərazilərdə məskunlaşan yəhudilərin bu gündən etibarən Məscidül-Əqsaya daxil olmağa icazə verməsi qərarını "dini müharibənin rəsmən elanı" kimi qiymətləndirib və yeni vəziyyətin bütün bölgəni alovlandıracağı ilə bağlı xəbərdarlıq edib.

Fələstin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:

“Xarici İşlər Nazirliyi İsrailin ekstremist baş naziri Naftali Bennetin mübarək Əl-Əqsa məscidinə basqın cinayətini təkrarlamaq qərarını qəti şəkildə pisləyir və bunu açıq-aşkar şəkildə beynəlxalq ictimaiyyətə, ərəb və islam dünyasına meydan oxumaq olduğunu hesab edir”

Xəbəri paylaş

VİDEOLAR