ABŞ Dövlət Departamenti sosial mediada bəyanat yayaraq, Amerika vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib. Bildirilib ki, xəbərdarlıq təkcə İranda yaşayan və ya səyahət etməyi planlaşdıranlara deyil, ikili vətəndaşlara da şamil edilir.
Sionist İsrail ordusu Qəzzanın şimalındakı Cibaliyyədə mülki sığınacaq olan Həlimə əs-Sədiya məktəbini hədəfə alıb. Hücum nəticəsində azı 6 fələstinli ölüb, çoxlu sayda yaralı var.
Qəssam Briqadalarının hərbi sözçüsü Əbu Ubeydə verdiyi açıqlamada fələstinli gəncləri “Sionist işğalçıların hücumlarına qarşı ayağa qalxmağa” çağırıb.
Suriyalı hərbi ekspert Tarki əl-Həsən ölkədə İŞİD-in fəaliyyətinin yenidən artacağı ilə bağlı xəbərdarlıq edib.
İspaniyanın baş naziri Pedro Sançes Avropa İttifaqı (AB)-İsrail Tərəfdaşlıq Sazişini dərhal dayandırmağa çağırıb.