İsrailin Dəməşqin cənubuna hava zərbələrində üç hərbçi həlak olub

İsrailin Dəməşqin cənubuna hava zərbələrində üç hərbçi həlak olub

İsrailin ötən gecə Dəməşqin cənubuna təcavüzü nəticəsində üç hərbçi ölüb və yeddisi yaralanıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Suriya Ordusunun mənbələri məlumat veriblər.

Bildirilib ki, İsrailin təcavüzü nəticəsində üç hərbçi həyatını itirib və daha yeddisi müxtəlif dərəcələrdə yaralanıblar.

Bundan öncə Suriyanın dövlət telekanalı İsrail təyyarələrinin işğal altında olan Colan Yüksəkliklərindən Dəməşqin cənubunu hədəfə aldığını, raketlərin yarısının havadan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR