İsrail mediası Seyid Həsən Nəsrullahın son çıxışı barədə

İsrail mediası Seyid Həsən Nəsrullahın son çıxışı barədə

Seyid Həsən Nəsrullahın son sözlərindən sonra sionist mediası Hizbullahın baş katibinin 2006-cı ildən bəri Təl-Əvivə qarşı etdiyi ən açıq təhdid olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Seyid Həsən Nəsrullahın Livanda Hizbullahın yaranmasının 40-cı ildönümü münasibətilə verdiyi son televiziya müsahibəsi sionist mediasında geniş işıqlandırılıb.

Əl-Məyadin-in məlumatına görə, sionist media son zamanlar Livan Hizbullahının baş katibinin gündəmdəki yeni mövqeyi və təhdidlərini çox əhatəli şəkildə işıqlandırıb.

Sionist rejim İsrailin Kanal 12-nin analitiki Şnayder və Amidror deyiblər:

"Seyid Həsən Nəsrullah təkcə Kariş qaz yatağına hücum etməklə hədələməyib, həm də Aralıq dənizindəki bütün İsrail qaz platformalarını hədəfə alacağı ilə təhdid edib. Bu sözlər Hizbullahın baş katibinin birdən-birə təhdidlərini bir neçə dərəcə yüksəltdiyini göstərir".

Bu kontekstdə sionist analitik Ohad Hamo Kanal 12-yə açıqlamasında deyib:

"Bu, Seyid Həsən Nəsrullahın 2006-cı ildən bəri İsrailin zəif nöqtəsini hədəf aldığı deyilən ən bariz təhlükədir. Digər tərəfdən, hazırda dünyada enerji böhranı ilə üz-üzəyik, ona görə də Hizbullah bunu maksimum uğur əldə etmək üçün yaxşı fürsət hesab edir".

Xəbəri paylaş

VİDEOLAR