Yəmən Neft Şirkəti yanacaq daşıyan gəminin Səudiyyə koalisiyası tərəfindən ələ keçirildiyini açıqlayıb.
Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Yəmən Neft Şirkətinin sözçüsü Asam əl-Mütəvəkkil bildirib:
“Səudiyyə koalisiyası 31 min ton benzin daşıyan gəmini ələ keçirib və onun Hudeyda limanına yanaşmasına mane olub”.
Mütəvəkkil əlavə edib ki, Səudiyyə koalisiyası Yəmənin BMT-dən lazımi icazə almasına baxmayaraq, Yəmən yanacağı daşıyan bu gəmini ələ keçirib.
Yəmən Neft Şirkətinin sözçüsü Səudiyyə koalisiyasının ələ keçirdiyi yanacaq daşıyan gəmilərin sayının 5-ə çatdığına işarə edərək, beynəlxalq ictimaiyyətin və BMT-nin bu koalisiyanın cinayətlərinə qarşı səssiz qalmasını pisləyib.
Xatırladaq ki, BMT-nin tövsiyəsi ilə aprelin 2-dən Yəməndə atəşkəs əldə edilib.
Bu hadisələrdən ən mühümü isə yanacaq daşıyan 18 gəminin Hudeyda limanlarına gəlməsi və Səna hava limanından həftədə iki dəfə uçuş icazəsi alması oldu.