İran yeni peyk daşıyıcısını orbitə çıxarmağa hazırlaşır

İran yeni peyk daşıyıcısını orbitə çıxarmağa hazırlaşır

İran İnqilab Keşikçiləri Ordusu Hava-Kosmos Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə, bu il “Qaim” adlı yeni peyk daşıyıcısının kosmosa çıxarılacağını bildirib.

Az.rasthaber.com xəbər verir ki, Əmir Əli Hacızadə bunu mətbuata açıqlamasında bildirib.

Briqada generalı Hacızadə, “Qaim” peyk daşıyıcısı ilə orbitə yeni peyklər yerləşdiriləcəyini bildirib.

"Qaim" haqqında məlumat verən briqada generalı Hacızadə deyib ki, ölkənin bu yerli peyk daşıyıcısı tamamilə bərk yanacağa əsaslanan 4 pilləli yeganə raketdir.

Qeyd edək ki, ötən ay da İranın Müdafiə Nazirliyi “Zülcanah” adlı peyk daşıyıcı raketinin kosmosa uğurla buraxıldığını açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR