İraqın Diyalə əyalətinin Baakuba şəhərində terror aktı törədilib.
Az.rasthaber.com “Alsumaria News”-ə istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik xidmətindəki mənbədən məlumat verilib.
“Silahlı qruplaşma tərəfindən, ehtimal ki, İŞİD terror təşkilatına mənsub qruplaşma tərəfindən 3 qardaş qətlə yetirilib“, - deyə qeyd edilib.
Bildirilib ki, həmin 3 qardaş ordu ilə əlaqəli olublar.
Bundan başqa, onların yanındakı 1 uşaq da qətlə yetirilib.
Əlavə edilib ki, terrorçular hərbçilərə məxsus avtomobili yandıraraq qaçıblar.
Hadisə yerinə təhlükəsizlik qüvvələri gəlib və araşdırmaya başlayıblar.