Əlcəzair: Suriyanın Ərəb Dövlətləri Liqasındakı üzvlüyü bərpa edilməlidir

Əlcəzair: Suriyanın Ərəb Dövlətləri Liqasındakı üzvlüyü bərpa edilməlidir

“Suriyanın Ərəb Dövlətləri Liqasındakı kürsüsündə olmaması ərəblərin birgə addımlarına zərər vurur.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra deyib.

Dəməşqdə suriyalı həmkarı ilə birgə mətbuat konfransında danışan Əlcəzair XİN rəhbəri rəsmi Dəməşqin Ərəb Dövlətləri Liqasındakı üzvlüyünün bərpasının zəruri olduğunu bildirib.

O bildirib ki, Suriyanın Ərəb Dövlətləri Liqasındakı kürsüsündə olmaması və bu kürsünün boş qalması ərəblərin birgə addımlarına zərər vurur.

Qeyd edək ki, 2012-ci ildə Dohada keçirilən konfransda Qətərin təklifi və digər ölkələrin təzyiqi nəticəsində Suriyanın kürsüsü müxalifətə verilib. Son illərdə rəsmi Dəməşqin ƏDL-ə qayıtması gündəmə gəlib.

Xəbəri paylaş

VİDEOLAR