Hizbullah lideri ABŞ-ın vaxtilə hərəkata verdiyi “şirin vəd”lər barədə

Hizbullah lideri ABŞ-ın vaxtilə hərəkata verdiyi “şirin vəd”lər barədə

“ABŞ bizə verdiyi vədləri qarşısında istəyirdi ki, Ərəb-İsrail qarşıdurmasına qatılmayaq, fələstinlilərə və Fələstin İntifadə hərəkatına dəstək verməyək. Lakin biz o vədləri qətiyyətlə rədd etdik.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, əl-Məyadin telekanalı ilk dəfə olaraq Hizbullah telekanalının 20 il bundan öncəki yayımlanmayan müsahibəsini yayımlayıb.

Hizbullah lideri burada ABŞ-ın vaxtilə hərəkata verdiyi şirin vədlərindən danışıb.

O deyib:

“2000-ci ildə Livanın cənubu İsrailin işğalından azad ediləndən sonra Amerika bizə bildirdi ki, Livanın cənubunu siz azad etmisiniz. Amma Məzare-Şəba bölgəsi siyasi yolla həll edilməlidir (Yəni buna qarışmayın). Deyirdilər ki, İsrail həbsxanalarında olan livanlı məhbuslar azad ediləcək. Livanda Hizbullahın siyasi rolu olacaq və hökumətdə yer alacaq. Livanın cənubunda məhrum qalmış ucqar bölgələrdə və müharibədən dolayı dağılmış bölgələrin yenidən bərpası üçün böyük maliyyə yardımı ediləcək. Bu vədlərdə Hizbullahın adının terror siyahısından çıxarılması təklifi də var idi. Həmçinin deyilirdi ki, sizin beynəlxalq ictimaiyyətdə hörmətli yeriniz olacaq. Ərazilərini geri almış bir qrup olaraq sizin humanitar sosial və təlim tərbiyə sahəsinə aid layihələriniz olacaq.”

Həsən Nəsrullah əlavə edib:

"Təqdim edilən vədlərin şərti bu idi ki, Fələstin İntifadə hərəkatını dəstəkləməyək, istər hərbi dəstək, maliyyə dəstəyi, təlim keçmək kimi dəstək ya da təcrübə və texnologiyaların ötürülməsi kimi dəstəklər...Lakin partiyamız ABŞ-ın təqdim etdiyi təklifləri qətiyyətlə rədd etdi. Çünki partiyamız Fələstin xalqına ərazilərini işğaldan azad etmək üçün yardım etmək istəyirdi. Çünki İsrail Livan üçün birbaşa təhdiddir.”

Xəbəri paylaş

VİDEOLAR