ABŞ Dövlət Departamenti sosial mediada bəyanat yayaraq, Amerika vətəndaşlarına İrana səfər etməmək barədə xəbərdarlıq edib. Bildirilib ki, xəbərdarlıq təkcə İranda yaşayan və ya səyahət etməyi planlaşdıranlara deyil, ikili vətəndaşlara da şamil edilir.
Az.rasthaber.com xəbər verir ki, ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarına və ikili vətəndaşlara istənilən şəraitdə İrana səfər etməmək barədə xəbərdarlıq edib.
Departamentin sosial mediada verdiyi açıqlamada bildirilib:
"Amerika vətəndaşları heç bir səbəblə İrana səfər etməməlidirlər".
O, hazırda İranda olan və ya İrana səyahət etməyi düşünən Amerika vətəndaşlarının, xüsusən də ABŞ-İran ikili vətəndaşlarının xəbərdarlığa əməl etməli olduqlarını vurğulayıb.
ABŞ Dövlət Departamentinin Amerika vətəndaşlarına və ikili vətəndaşlara təhlükəsizlik riskləri səbəbindən istənilən şəraitdə İrana səfər etməmək barədə xəbərdarlıq etməsi regionda planlaşdırılan hücum ehtimalını artırır.