Kəşfiyyat Nazirliyi: İran İsrailə qarşı bir sıra uğurlu əməliyyatlar keçirib

Kəşfiyyat Nazirliyi: İran İsrailə qarşı bir sıra uğurlu əməliyyatlar keçirib

İran İslam Respublikası son aylarda sionist rejimə qarşı bir sıra uğurlu əməliyyatlar həyata keçirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran parlamentinin spikeri ilə görüşündə İranın kəşfiyyat naziri İsmail Xətib deyib. 

"Bu əməliyyatlar İran İslam Respublikası və Kəşfiyyat Nazirliyinin təhlükəsizlik gücünə dəlalət edir. Düşmənlərin, xüsusilə sionist rejim və terrorçu qrupların İranın təhlükəsizliyinə qarşı fəaliyyətlərinin dayandırılmasında Kəşfiyyat Nazirliyinin müstəsna uğurları var. Düşmənin ölkənin təhlükəsizliyinə xələl gətirə bilməməsinin səbəblərindən biri də Kəşfiyyat Nazirliyinin xalq mərkəzli yanaşması və xalqla əməkdaşlıq edərək ölkədə davamlı təhlükəsizliyi təmin etməsidir. Kəşfiyyat Nazirliyinin əsas borcu terrorizm, sionist rejim və İrana qarşı təxribat əməlləri ilə mübarizədir", deyə İsmayıl Xətib qeyd edib. 

Xəbəri paylaş

VİDEOLAR