Həşdi Şabi İraqda İŞİD terror təşkilatının hücumunun qarşısını alıb

Həşdi Şabi İraqda İŞİD terror təşkilatının hücumunun qarşısını alıb

İraqın Həşdi Şabi Hərəkatı açıqlamasında Diyala vilayətində İŞİD terror təşkilatının qalıqlarına qarşı müqavimət göstərdiklərini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Sumerria News-un xəbərinə görə, İraqın Həşdi Şabi qüvvələri Diyalə vilayətinin şimalında İŞİD terror təşkilatının hücumunun qarşısını alıb.

Həşdi Şabi verdiyi açıqlamada, İŞİD qalıqlarından ibarət bir qrup terror təşkilatının Şervin bölgəsindəki təhlükəsizlik mərkəzinə hücum etməyi planlaşdırdığını, lakin Həşdi Şabi qüvvələri tərəfindən bunun qarşısının alındığını açıqlayıb.

Xatırladaq ki, Həşd əş-Şabi qüvvələri iyulun 23-də yaranmasının 8-ci ildönümü ilə bağlı Diyalada hərbi parad keçirib.

Xəbəri paylaş

VİDEOLAR