Bəhreyn kralı İsrail səfiri ilə görüşməyən qadın naziri işindən uzaqlaşdırıb

Bəhreyn kralı İsrail səfiri ilə görüşməyən qadın naziri işindən uzaqlaşdırıb

Bəhreynin kralı Həmd bin İsa Ali-Xəlifə Mədəniyyət və tarixi əsərlər naziri xanım Mey bin Məhəmməd Ali-Xəlifəni İsrail səfiri ilə görüşmədiyinə görə kənarlaşdırıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Bəhreynin kralı Həmd bin İsa Ali-Xəlifənin iki gün öncə Mədəniyyət və tarixi əsərlər naziri xanım Mey bin Məhəmməd Ali-Xəlifəni kənarlaşdırmasının səbəbi məlum olub.

Məlumata görə, kral, hakim ailədən olan xanım naziri İsrail səfiri Eitan Naeh ilə tədbirlərindən birində görüşmədiyinə görə kənarlaşdırıb.

Qeyd edək ki, bundan öncə xanım nazirin İsraillə əlaqələrin normallaşdırılmasının əleyhinə olduğu barədə mətbuata məlumatlar sızmışdı.

Bildirək ki, Bəhreyn və BƏƏ son illərdə İsraillə münasibətləri normallaşdırıb. İsraillə münasibətləri normallaşdıran ərəb dövlətlərinins ayı altıya çatıb.

Xəbəri paylaş

VİDEOLAR