İrandan nüvə təsisatlarında kameraların yenidən quraşdırılması tələbinə münasibət

İrandan nüvə təsisatlarında kameraların yenidən quraşdırılması tələbinə münasibət

“Nüvə təsisatlarındakı Beynəlxalq Atom Enerjisi Agentliyinin kameralarının işi məsələsi nüvə sazişinə bağlıdır. Əgər onlar razılaşmaya qayıtsalar, razılaşmada olduğu kimi təchizatın fəaliyyəti yenidən bərpa edilcək.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami deyib.

İran rəsmisi nüvə təsisatlarındakı kameraların bəzilərinin yığışdırılması və onların işinin bərpası ilə bağlı tələblərin irəli sürməsinə münasibət bildirərək, prosesin nüvə sazişinə bağlı olduğunu deyib.

“Beynəlxalq Atom Enerjisi Agentliyinin kameraları bunun üçün idi ki, İrana qarşı ittihamların qarşısını alsın. Amma yenə ittihamlandırılırlarsa kameraların orada qalmasının bir mənası yoxdur”, deyə İslami nüvə sazişi bərpa olandan sonra kameraların işinin bərpa ediləcəyini vurğulayıb.

O həmçinin bildirib ki, İran uranı yüksək faizlərdə zənginləşdirsə də BAEA-nin nəzarəti ilə həyata keçirilir.

Xəbəri paylaş

VİDEOLAR