İsrailin bölgədə mövcudluğu qeyri-sabitliyə səbəb olur

İsrailin bölgədə mövcudluğu qeyri-sabitliyə səbəb olur

İran İslam Respublikasının xarici işlər naziri çərşənbə axşamı BƏƏ-nin xarici işlər naziri ilə telefon danışığında bildirib ki, israillilərin bölgədə mövcudluğu qeyri-sabitlik və əmin-amansızlığa səbəb olur.

Az.rasthaber.com xəbər verir ki, Hüseyn Əmirabdullahiyan çərşənbə axşamı Abdullah bin Zayed Ali Nəhyan ilə telefon danışığında sionist rejimin bölgədəki mövcudluğunu qeyri-sabitlik və əmin-amansızlığın əsas səbəbkarı adlandırıb və deyib: "Sionist rejim son Ciddə konfransını regionda böhrana çevirməyə çalışdı, lakin iştirakçı ölkələrin məntiqi sayəsində, regional əməkdaşlıq, tərəqqi və təhlükəsizlik məsələləri vurğulandı.

İranın xarici işlər naziri daha sonra iki ölkənin yüksək səviyyəli rəsmilərinin ikitərəfli münasibətlərə müsbət baxışına toxunaraq, iki ölkə arasında münasibətlərin səviyyəsinin yüksəldilməsini alqışlayıb və bunu ikitərəfli münasibətlərin inkişafı prosesində mühüm addım kimi qiymətləndirib.

O, sanksiyaların aradan qaldırılması üzrə danışıqlara gəlincə, deyib: "Avropa İttifaqı danışıqların yekunlaşması üçün səylərini davam etdirir və biz yaxşı və qalıcı nəticə əldə etməkdə ciddiyik".

Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri də öz növbəsində ikitərəfli münasibətlərin inkişafında iki ölkənin ümumi maraqlarına toxunub və iki qonşu ölkə arasında əlaqələrin genişləndirilməsi çərçivəsində siyasi missiyaların səviyyəsinin yüksəldilməsinin böyük əhəmiyyət kəsb etdiyini, qonşu və qardaş xalqlar arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin hər iki dövlətin rəhbərləri tərəfindən bəyənildiyini qeyd edib.

Abdullah Bin Zayed Ali Nəhyan deyib: "Şübhə etmirik ki, biz nəinki iki ölkə arasında isti münasibətləri bərpa edə bilərik, həm də əlaqələr üçün yeni üfüqlər aça bilərik, xüsusən də regionda bir çox problemlərlə, o cümlədən ətraf mühit və iqlim problemləri ilə üzləşdiyimiz hazırkı şəraitdə".

O, qeyd edib ki, iki ölkədə müxtəlif iqtisadi imkanlar mövcuddur və biz bundan yararlana bilərik və rəsmilərin, iş adamlarının, ekspertlərin qarşılıqlı səfərlərinin bu baxımdan böyük təsiri var.

"Bizim üçün qonşu və qardaş ölkə olaraq İran üçün sülh, sabitlik, xeyirxahlıq və şərəf çox önəmlidir, çünki bu, Küveytə də müsbət təsir göstərir və ümid edirik ki, gələcəkdə ikitərəfli münasibətləri inkişaf etdirmək üçün daha böyük addımlar ata bilərik", - deyə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR