Ayətullah Xamenei: İslam Respublikası dinin siyasətdən ayrılmasını ləğv etdi

Ayətullah Xamenei: İslam Respublikası dinin siyasətdən ayrılmasını ləğv etdi

İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ölkə daxilindəki cümə namazı xətiblərini qəbul edib.

Az.rasthaber.com xəbər verir ki, İranın müxtəlif yerlərindən gələn cümə namazı xətibləri bu gün səhər saatlarında İran İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşüblər.

İnqilab Rəhbəri Ayətullah Xamenei Tehranda Qədir-Xum bayramı münasibətilə keçirilən şənliyə diqqət çəkərək, bu bayramı qəribə bir hadisə kimi qiymətləndirib və deyib:

"Bu şənlikdə hər cür insan var idi və hər kəs aşkar fərqlərə baxmayaraq din tərəfdarı idi".

İnqilab Rəhbəri cümə namazı xətiblərinə xitab edərək, onlara xalq arasında, xüsusən də gənclər arasında olmağı və onlarla söhbət etməyi tövsiyə edərək bildirib:

"İnsanlar arasında olmaq vacib bir hərəkətdir. Ona görə də insanlardan uzaq durmayın və ünsiyyətinizi müəyyən qrupla məhdudlaşdırmayın. 

Təbii ki, son illərdə cümə xətibləri ən məşhur inqilabi qurumlar sırasındadırlar".

Pis niyyətli insanlar tərəfindən daim yayılan şübhələrlə məşğul olmağı cümə xətiblərinin ən mühüm vəzifələrindən biri kimi xarakterizə edən Ayətullah Xamenei deyib:

"Bu gün döyüş meydanı yumşaq güc meydanıdır və düşmən bu meydanda şübhələr yayaraq insanların inanc qalasına sızmağa və məhv etməyə çalışır".

Qərb sivilizasiyasının şəxsiyyətinin mərkəzi nöqtəsini, yəni dinin siyasətdən ayrılmasını qüvvədən salmağı İran İslam Respublikasının ən böyük işlərindən biri hesab edən Ayətullah Xamenei bildirib:

"İslam Respublikası qərblilərin uzun müddət İranın tərəqqisi ilə din və siyasəti bir araya sığmaz hala gətirmək cəhdlərinə meydan oxudu. 

Bu səbəbdən sionistlər və ABŞ başda olmaqla Qərb dövlətlərinin mafiyası bu parlaq həqiqətdən qəzəblənir və daim İslam Respublikasına hücum etməyi planlaşdırırlar".

Xəbəri paylaş

VİDEOLAR