İŞİD-in İraqda həyata keçirdiyi 2 ayrı hücumda 3 nəfər həyatını itirib, 9 nəfər yaralanıb.
Az.rasthaber.com xəbər verir ki, İraqın Səlahəddin şəhərinin Samara rayonunda İŞİD-in 314-cü briqadaya silahlı hücum təşkil etdiyi bildirilib.
Hadisə nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı açıqlanıb.
Həmçinin, İŞİD-in İraqın Diyala bölgəsinin Əl-Səlam bölgəsindəki Əl-Seym kəndinə təşkil etdiyi silahlı hücum nəticəsində 1 nəfərin öldüyü, 6 nəfərin yaralandığı da bildirilib.