General Səlami: Biz silahlara deyil, Allaha arxalanırıq

General Səlami: Biz silahlara deyil, Allaha arxalanırıq

"Biz ən qabaqcıl silahlar istehsal etmək və onlara sahib olmaq istəyirik, lakin biz silahlara deyil, Allaha arxalanırıq"

Az.rasthaber.com xəbər verir ki, bunu İnqilab Keşikçiləri Ordusunun baş komandanı, general Hüseyn Səlami bildirib.

İnqilab Keşikçiləri Malik Əşter Festivalında çıxış edən General Selami bildirib:

"ABŞ İnqilab Keşikçiləri Ordusunun bir üzvünü hədəf seçərək, onu öldürməklə dünyanı fəth etdiyini düşünür. Bu isə SEPAH-ın böyüklüyünü göstərir və qürur mənbəyidir".

General Səlami daha sonra deyib:

"Silahlar müharibədə təsirlidir, ona görə də biz ən qabaqcıl silahlar istehsal etmək və ona sahib olmaq istəyirik, bununla belə, biz silaha arxalanmırıq və silahdan möcüzə istəmirik. Biz Allaha arxalanırıq".

Xəbəri paylaş

VİDEOLAR