Suriyalı hərbi ekspert Tarki əl-Həsən ölkədə İŞİD-in fəaliyyətinin yenidən artacağı ilə bağlı xəbərdarlıq edib.
Az.rasthaber.com xəbər verir ki, Əl-Həsən verdiyi açıqlamada deyib:
“İŞİD terror əməliyyatları üçün varlığını yenidən qurmaq üçün Suriyadakı etibarsızlıq mühitindən istifadə edir”.
“Mövcud etibarsızlıq təşkilata yeni terrorçular cəlb etməyi asanlaşdırır”.
“İŞİD-in bu yenidən strukturlaşdırma prosesi təkcə Suriyanı deyil, bütün region ölkələrini təhdid edir”.
Ekspertlər İŞİD-in xüsusilə Suriyanın şərqində və səhra bölgələrində yenidən təsirindən narahatdırlar və bunun bölgədə yeni terror dalğasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.