İraq İslamiadadan çəkilib

İraq İslamiadadan çəkilib

İraq Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarından çəkilib.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə İraq Milli Olimpiya Komitəsi açıqlama yayıb.

Açıqlamada İraqın Kürdüstan Regionundakı Zaxo şəhərinə edilən hücum zamanı mülki şəxslərin ölməsi və bu qərarın həmin silahlı hücuma protest olaraq qəbul edildiyi bildirilib.

Qeyd edək ki, 20 iyulda baş tutan silahlı hücumda aralarında uşaqlar da olmaqla azı 9 nəfər həyatını itirib, 23 nəfər yaralanıb. 

Xəbəri paylaş

VİDEOLAR