“Sülhə nail olmaq üçün ABŞ-nin qərarverici şəxsləri anlamalıdırlar ki, dayanıqlı yol qeydsiz-şərtsiz zor göstərməkdən yox, yalnız hörmətə əsaslanan dialoqdan keçir. Son seçim ABŞ-nin öz əlindədir: Birləşmiş Ştatlar nəhayət diplomatiya yolunu seçəcək, ya da başqasına aid olan bir müharibəyə qarışmaqda davam edəcək?”
Qətərdə davam edən atəşkəs danışıqlarına yaxın mənbələrə görə, HƏMAS və İsrail arasında fikir ayrılıqları olan məqamlar böyük ölçüdə həll olunub.
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) işğalçı qüvvələrin əsirlərini xilas edə və müqaviməti məğlub edə bilmədiklərini vurğulayaraq, “Qəzza İsrail əsgərləri üçün ölüm meydanına çevrilib” deyib.
Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, işğalçı İsrail qüvvələri səhər erkən saatlarda Keferkilanın daxili bölgəsinə sızaraq Hura rayonunda bir evə yerləşdirdikləri partlayıcını işə salıblar.
Qatil baş nazir Benyamin Netanyahu məhbus mübadiləsi və atəşkəs razılaşması üçün davam edən danışıqlara baxmayaraq, Qəzza zolağına hücumlarını davam etdirməkdə qərarlı olduqlarını bildirib.