Əlcəzair hökuməti sionist İsrailin Qərbi Səhrada Mərakeşin suverenliyini tanımaq qərarına reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Əlcəzair sionist İsrailin Qərbi Səhrada Mərakeşin suverenliyini tanıması qərarının beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələri və BMT Baş Assambleyasının qaydalarına zidd olduğunu bildirərək reaksiya verib.
Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada Mərakeşin Qərbi Sahara torpaqlarında 'işğalçı' olduğu vurğulanıb.
Təl-Əviv rejiminin Fələstin torpaqlarını işğal etməsinə diqqət çəkən bəyanatda İsrail və Mərakeşin "işğalda eyni siyasətləri izlədiyi" qeyd edilib.
İyulun 17-də Mərakeş Kral Məhkəməsindən verilən yazılı açıqlamada Benyamin Netanyahunun Mərakeş kralı VI Məhəmmədə göndərdiyi mesajda "Təl-Əvivin Mərakeşin Qərbi Sahara üzərindəki suverenliyini tanımağa qərar verdiyi" açıqlanıb.