Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Tani Dr. Sultan Səlimin Səid əl-Mənsurini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) “səlahiyyətli və fövqəladə” səfir təyin edib.
Az.rasthaber.com xəbər verir ki, Qətərin QNA xəbər agentliyinin məlumatına görə, Əmir Şeyx Təmim Mənsurinin BƏƏ-də səlahiyyətli və fövqəladə səfir təyin edilməsi haqqında Əmirliyin fərmanını imzalayıb.
Şeyx Təmim qərarın dərc edildiyi tarixdən etibarən həyata keçirilməsini və rəsmi qəzetdə dərc olunmasını tələb edib.