Yəməndə Dünya Ərzaq Proqramının əməkdaşı sui-qəsd nəticəsində həyatını itirib

Yəməndə Dünya Ərzaq Proqramının əməkdaşı sui-qəsd nəticəsində həyatını itirib

Dünya Ərzaq Proqramının (WFP) əməkdaşı Moayad Həmidi Yəmənin Taiz şəhərində silahlı hücum nəticəsində ölüb.

Az.rasthaber.com xəbər verir ki, Taiz şəhərində motosikletli və silahlı şəxs Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (WFP) əməkdaşı da daxil olmaqla bir neçə nəfərə atəş açıb.

Hücum nəticəsində Ümumdünya Ərzaq Proqramının əməkdaşı İordaniya əsilli Moayad Həmidinin bədəninə 6 güllə dəyib.

Hücumdan sonra xəstəxanaya çatdırılan Həmidinin müdaxilələrə baxmayaraq xilas oluna bilmədiyi bildirilib.

Həyatını itirən Həmidinin humanitar yardım etmək üçün Taizə getdiyi öyrənilib. Hücum edənin şəxsiyyətinin təsbit edildiyini açıqlayan təhlükəsizlik qrupları, şübhəlinin tutulması üçün iş başlatdıqlarını açıqladı.

Xəbəri paylaş

VİDEOLAR