Qətərdə davam edən atəşkəs danışıqlarına yaxın mənbələrə görə, HƏMAS və İsrail arasında fikir ayrılıqları olan məqamlar böyük ölçüdə həll olunub.
Az.rasthaber.com xəbər verir ki, Sky News-a danışan mənbələrə görə, HƏMAS və İsrail arasında atəşkəs danışıqlarında yalnız bir mübahisəli məqam qalıb: İsrail əsgərlərinin Qəzza zolağında olması.
Mənbələr Qətərdə intensiv danışıqların davam etdiyini və Netanyahunun ABŞ-a səfəri və prezident Donald Trampla görüşləri ilə eyni vaxtda aparıldığını bildirib.
Tərəflərin yardım prosesinin işləməsi və 60 günlük atəşkəsdən sonra hücumların bərpa olunmayacağı barədə razılığa gəldiyi bildirilir. Məlumata görə, onlar həmçinin sionist qoşunlarının geri çəkildiyi ərazilərdə humanitar yardıma üçüncü tərəfin nəzarəti ilə bağlı razılığa gəliblər.
Bununla belə, vurğulanır ki, İsrailin iki variantı var: Qəzzanı tamamilə tərk etmək, məhbusları azad etmək və HƏMAS-ın bölgədə qalmasına icazə vermək və ya Qəzzanı qeyri-müəyyən işğal altında saxlamaq.