Qəzzada yəhudilərin Məscidül-Əqsaya etdiyi basqınlara etiraz edilib

Qəzzada yəhudilərin Məscidül-Əqsaya etdiyi basqınlara etiraz edilib

Qəzzada İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və yəhudi köçkünlər tərəfindən işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidinə basqınlara etiraz edilib.

Az.rasthaber.com xəbər verir ki, özlərini “Gecə qalmaqalı birliyi” adlandıran fələstinli gənclər iyulun 27-də axşam saatlarında Qəzza-İsrail sərhəd xəttində toplaşaraq avtomobillərin təkərlərini yandırıb və səs bombası atıblar.

Aksiyada iştirak edən gənclər Məscidül-Əqsaya basqınları pisləyiblər.

Qəzza, İordan çayının qərb sahili və Qüdsdəki fələstinlilərin Əqsa məscidini yalnız buraxmayacağına diqqət çəkən gənclər, dünya ölkələrini işğala və yəhudi köçkünlərə qarşı apardıqları mübarizədə Fələstin xalqına dəstək olmağa çağırıb.

Qeyd edək ki, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri Ben-Qvir və yüzlərlə fanatik yəhudi köçkün iyulun 27-də işğal altındakı Şərqi Qüdsdəki Əqsa məscidinə basqın ediblər.

Ben-Qvir sosial media hesabında paylaşdığı görüntüdə "Bura İsrail xalqı üçün geri dönüb suverenliyimizi göstərməli olduğumuz ən əhəmiyyətli yerdir" ifadəsini işlədib.

Xəbəri paylaş

VİDEOLAR