İsrailin ehtiyatda olan 10 min əsgəri müxaliflər sırasına qoşulub

İsrailin ehtiyatda olan 10 min əsgəri müxaliflər sırasına qoşulub

Sionist rejimin ehtiyatda olan 10 min əsgəri məhkəmə-hüquq islahatlarına etiraz olaraq istefa verdiklərini elan ediblər.

Az.rasthaber.com xəbər verir ki, sionist rejim ordusunda parçalanmanın ardınca bu rejimin daha 10 min əsgəri məhkəmə islahatlarına etiraz olaraq xidməti tərk edəcəklərini elan ediblər.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, yerli media sionist rejimin bir qrup ehtiyat qüvvələrinin bəyanat dərc etməklə İsrailin baş naziri Binyamin Netanyahunun mübahisəli məhkəmə islahatlarına qarşı çıxdığını bildirib.

Sionist rejimin minlərlə əsgəri, o cümlədən pilotlar, məhkəmə islahatlarının əleyhinə olan hərbi dəniz qüvvələri könüllü ehtiyat xidmətdən istefa vermək qərarına gəliblər.

Qeyd edək ki, Netanyahu hökumətinin məhkəmə islahatlarına qarşı etiraz hərəkatı təxminən 7 aya yaxındır ki, davamlı nümayişlərlə davam edir.

Xəbəri paylaş

VİDEOLAR