Səudiyyə Ərəbistanında uçan döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
Az.rasthaber.com xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA mövzu ilə bağlı Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Malikinin açıqlamasını yayıb.
Maliki, Hərbi Hava Qüvvələrinə aid F-15 döyüş təyyarəsinin ölkənin cənub-qərbindəki Xamis Muşayt şəhərindəki Kral Xalid Hava Bazasındakı təlim bölgəsində qəzaya uğradığını və təyyarədəki iki hərbi pilotun qəzada həyatını itirdiyini bildirib.
Maliki qəzanın səbəblərini araşdırmaq üçün istintaq qrupunun təyin edildiyini də qeyd edib.